Xəbərlər

MAQATE aprelin 11-də Zaporojye AES ilə bağlı iclas keçirməyi planlaşdırır

“Aprelin 11-də Zaporojye Atom Elektrik Stansiyasının (AES) atəşə tutulması ilə əlaqədar Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Rəhbərlər Şurasının növbədənkənar iclası çağırıla bilər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

“Son məlumata görə, cümə axşamı günü Zaporojye AES-də vəziyyətin gərginləşməsi ilə bağlı MAQATE Rəhbərlər Şurasının növbədənkənar iclası çağırıla bilər”, – diplomat qeyd edib.

Qeyd edək ki, aprelin 7-də Ukrayna hərbçiləri pilotsuz təyyarələrdən istifadə edərək Zaporojye AES-ə üç hücum həyata keçirib. Əvvəlcə nüvə obyektinin ərazisindəki yeməkxanaya bitişik əraziyə hücum edilib, üç işçi yaralanıb. Daha bir dron AES-in altıncı enerji blokunu vurub.