Xəbərlər

MAQATE rəhbəri BMT baş katibliyinə namizəd ola bilər

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi BMT-nin baş katibi postuna namizədliyini irəli sürmək barədə düşünür.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qrossi jurnalistlərə müsahibəsi zamanı bildirib.

“Antonio Quterreşin varisinin seçilməsi prosesi hələ başlamayıb. Proses ilin sonunda, BMT Baş Assambleyasının müraciətlər üçün çağırış elan edəcəyi zaman başlayacaq. Mən bu ehtimalı ciddi şəkildə nəzərdən keçirirəm”, – o qeyd edib.