Xəbərlər

MAQATE rəhbəri: İran prezidentinin ölümü nüvə danışıqlarını gecikdirir

MAQATE-nin baş direktoru Rafael Qrossi bildirib ki, İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın helikopter qəzasında həlak olması Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Tehranla danışıqlarını gecikdirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT məlumat yayıb.

MAQATE-nin baş direktoru mayın 6-7-də İrana səfər edib. O, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami və xarici işlər nazirinin müavini Əli Baqiri ilə görüşlər keçirib. Danışıqlar zamanı Qrossi İran və MAQATE-nin 4 mart 2023-cü il tarixli birgə bəyanatının həyata keçirilməsi üçün bir sıra praktiki tədbirlər təklif edib. Təkliflər Tehranın agentliyin monitorinq fəaliyyətini həyata keçirməsinə icazə vermək və onun üç nüvə obyektinə çıxışını təmin etmək niyyətinə işarə edir. Sənəddə həmçinin deyilir: “MAQATE ilə İran arasında qarşılıqlı fəaliyyət əməkdaşlıq ruhunda və MAQATE-nin səlahiyyətlərinə və İran İslam Respublikasının hüquq və öhdəliklərinə tam uyğun olaraq həyata keçiriləcək”.

MAQATE rəhbəri öz növbəsində bildirib ki, İran onu ölkənin nüvə proqramı üzərində nəzarətlə bağlı konkret tədbirlər görməyə hazır olduğuna əmin edib. Qrossi Tehranla danışıqların hazırkı vəziyyətindən razı olmadığını əlavə edib.