“Birləşmiş Ştatlar başqa ölkələrin işlərinə qarışmaqdan çəkinməli və diqqətini öz daxili problemlərinə yönəltməlidir”.
“Füyuzat”ın məlumatına görə, bunu amerikalı sahibkar və milyarder İlon Mask Dubayda keçirilən Dünya Hökumət Sammitində deyib.
“Düşünürəm ki, biz, ümumiyyətlə, başqa ölkələrin işlərini öz ixtiyarına buraxmalıyıq. Amerika öz daxili işlərinə baxmalı, hər yerdə rejim dəyişikliyinin təşviqində iştirak etməməlidir”, – Mask deyib.