Xəbərlər

Mask Kanadanı “saxta ölkə” adlandırıb

ABŞ Hökumətinin Mükəmməllik Ofisinə (DOGE) rəhbərlik edən İlon Mask minlərlə kanadalının vətəndaşlıqdan məhrum edilməsini tələb edən petisiyanı imzaladıqdan sonra Kanadanı “saxta ölkə” adlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İlon Mask “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Kanada parlamentinin İcmalar Palatasının saytında Maskın “ölkənin maraqlarına zidd fəaliyyətlə məşğul olduğu” əsası ilə onun Kanada vətəndaşlığından məhrum edilməsini tələb edən petisiya dərc olunub. İmzaların toplanması fevralın 20-də başlayıb və iyunun 20-dək davam edəcək. Bu günədək petisiyanı 230 minə yaxın insan imzalayıb.

O, bir “X” istifadəçisinin petisiya ilə bağlı paylaşımına cavab olaraq “X” səhifəsində yazıb: “Kanada real ölkə deyil”.