Amerikalı sahibkar İlon Mask ABŞ Prezidenti Donald Trampın administrasiyasında tutduğu Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) sədri postunu tərk edir.
“Füyuzat”ın məlumatına görə, bu barədə çərşənbə günü “Associated Press” Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb.
Agentlik müvafiq qərarın Maskın CBS televiziyasına verdiyi müsahibədə administrasiya tərəfindən təklif edilən və ABŞ Konqresinin Nümayəndələr Palatasının dəstəklədiyi hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etməsindən bir gün sonra qəbul edildiyinə diqqət çəkib.