Xəbərlər

Mədəniyyət Nazirliyinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib

Mayın 10-da dünyaşöhrətli siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü tamam olur.

“Füyuzat” xəbər verir ki, bu münasibətlə Mədəniyyət Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə tər gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad edib.

Ümummilli Liderin ömür-gün yoldaşı, Azərbaycan səhiyyəsinin inkişafında silinməz iz qoyan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.