Xəbərlər

Məhəmməd Cavad Zərif: Yaxın Şərqdə beynəlxalq təşkilat yaratmaq lazımdır

İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif regionda sabitliyin yaradılması və regional oyunçular arasında əməkdaşlığın gücləndirilməsi üçün Yaxın Şərqdə Müsəlman Qərbi Asiya Dialoq Assosiasiyası (MWADA) adlı yeni strukturun yaradılmasını təklif edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“Təcrübəm mənə öyrətdi ki, Yaxın Şərqdə, xüsusən də Fars körfəzində sabitliyə nail olmaq böhranın idarə olunmasından daha çox şey tələb edir. Regionda transformasiya mexanizmi kimi mən müsəlman dünyasını təmsil edən Qərbi Asiya təşkilatının yaradılmasını təklif edirəm. Yeni təşəbbüs Yaxın Şərqdəki bütün müsəlman ölkələri – Bəhreyn, Misir, İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə, BƏƏ və Yəməni birləşdirilməlidir”, – o əlavə edib.