Xəbərlər

Meksika: ABŞ ilə hər sahədə əməkdaşlığa hazırıq

“ABŞ ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Meksika prezidenti Klaudiya Şeynbaum bildirib.

“Biz inanırıq ki, Meksika və Birləşmiş Ştatlar arasında münasibətlər həmişə qarşılıqlı hörmət və dialoq vasitəsilə möhkəmlənəcək. Buradan Amerika xalqına müraciət edirəm ki, bizim onlara zərər vermək niyyətimiz yoxdur və olmayacaq da. Biz onlarla hər cür əməkdaşlıq etməyə hazırıq”, – prezident əlavə edib.