Xəbərlər

Meksika: ABŞ ilə razılaşma Çinlə rəqabət aparmağın yeganə yoludur

“Üçtərəfli Meksika-Amerika Birləşmiş Ştatları-Kanada Sazişi Çinlə uğurlu rəqabətin tətbiq edilməsinin yeganə yoludur”.

“Füyuzat”ın məlumatına görə, bunu Meksika prezidenti Klaudiya Şeynbaum çıxışı zamanı deyib.

“Bu ticarət sazişi Çinlə iqtisadi və ticarət rəqabətini uğurla qarşılamaq üçün yeganə yoldur. Şimali Amerika dünyanın digər regionlarından idxaldan getdikcə daha çox müstəqil olan bir iqtisadi region kimi möhkəmlənməlidir. Biz hər zaman müdafiə etmişik ki, Meksika, ABŞ və Kanada arasında heç bir rəqabət yoxdur, əksinə, biz bir-birimizi tamamlayırıq. Meksika, ABŞ və Kanadanın iqtisadiyyatları qlobal ÜDM-in 30%-ni təşkil edir. Əgər Meksikanın şimal ştatlarını və ABŞ-ın cənub ştatlarını bir birlik saysaq, onlar dünyanın dördüncü ən böyük iqtisadiyyatına çevriləcəklər”, – prezident bildirib.