ABŞ sərhəd təhlükəsizliyinin artırılması müqabilində bu ölkəyə gömrük rüsumlarını bir ay müddətinə dayandırdıqdan sonra Meksika sərhədə əlavə hərbçilərin yerləşdirilməsi prosesinə başlayıb.
“Füyuzat”ın məlumatına görə, bunu Meksika Prezidenti Klaudiya Şeynbaum deyib.
“Bu personal fentanil, digər narkotik vasitələrin axınını, ABŞ-a qeyri-qanuni immiqrasiyanı dayandırmaq və buradan odlu silahların daxil olmasının qarşısını almaq üçün sərhəddə əvvəllər yerləşdirilmiş qoşunları gücləndirəcək”, – Meksika ordusunun bəyanatında bildirilib.