Meksika prezidenti Klaudiya Şeynbaum Donald Trampı ABŞ-da prezident vəzifəsinə başlaması münasibətilə təbrik edib və ölkələr arasında dialoq və əməkdaşlığın inkişafına ümid etdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Meksika prezidenti “X” səhifəsində bildirib.
“Meksika hökuməti adından Donald Trampı Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti kimi inauqurasiyası münasibətilə təbrik edirəm. Qonşular və işgüzar tərəfdaşlar kimi münasibətlərimizin simvolu həmişə dialoq, hörmət və əməkdaşlıq olacaq”, – prezident qeyd edib.