Xəbərlər

Meksika və ABŞ razılığa gəliblər

ABŞ və Meksika mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizəni gücləndirmək, narkotik və silah qaçaqmalçılığı ilə mübarizə aparmaq barədə razılığa gəliblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Meksika Xarici İşlər Nazirliyinin Vaşinqtonda Meksika nümayəndə heyəti ilə amerikalı həmkarları arasında apardığı danışıqların yekunu üzrə yaydığı bəyanatda bildirilib.

“Tərəflər ABŞ-Meksika sərhədinin hər iki tərəfində mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə yönəlmiş bir sıra koordinasiyalı tədbirlər haqqında razılığa gəliblər. Əsas məqsəd hər iki ölkədə fentanil istifadəsi və qeyri-qanuni daşınan odlu silahlardan istifadə nəticəsində ölüm hallarını azaltmaqdır”, – məlumatda qeyd edilib.