Xəbərlər

Meksikada avtobus aşıb, 18 nəfər ölüb

Meksikanın Oaxaka ştatında sərnişin avtobusunun aşması nəticəsində 18 nəfər ölüb, 29 nəfər yaralanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Oaxaka ştatının qubernatoru məlumat yayıb.

Qubernator həyatını itirənlərin ailələrinə başsağlığı verib və qəzanın səbəblərinin araşdırılacağını vurğulayıb.