Xəbərlər

Meksikada qayıq batıb, 8 çinli miqrant həyatını itirib

Meksika üzərindən ABŞ-a keçməyə çalışdıqları güman edilən 8 çinli miqrant qayığın batması nəticəsində həyatını itirib. Bir nəfər sağ qalıb.

“Füyuzat”ın məlumatına görə, Meksikanın Oaxaka ştatında çimərlikdə 8 Çin vətəndaşının cəsədi tapılıb. Səlahiyyətlilər miqrantların qayıqlarının aşması nəticəsində həyatını itirdiyini açıqlayıb.

Həyatını itirən qaçqınlardan 7 nəfərin qadın, 1 nəfərin isə kişi olduğu bildirilib.

Açıqlmaya görə, batmış qayıqdan bir nəfər sağ qalıb, qayığa nəzarət edən şəxsin taleyi isə hələlik bəlli deyil.

Oaxaca Prokurorluğu qaçqınların cəsədlərinin Playa Visente yaxınlığındakı çimərlik yaxınlığında tapıldığını açıqlayıb.

Qeyd edək ki, Oaxaca Prokurorluğu qəzanın səbəblərini araşdırır və həyatını itirənlərin kimliyini müəyyənləşdirmək üçün Çinin Meksikadakı səfirliyi ilə işləyirlər.