Xəbərlər

Məktəblərdə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə başlanılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul müsabiqəsinə start verilir.

“Füyuzat” ın məlumtına görə idarədən bildirilib ki, müsabiqə qeydiyyat və müsahibə mərhələsindən ibarətdir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər avqustun 25-i saat 12:00-dan avqustun 28-i saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər qeydiyyatdan keçməklə yanaşı, aşağıda qeyd olunan sənədləri avqustun 28-dən gec olmayaraq irs@baku.edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər:

– Şəxsiyyəti təsdiq edən sənədin surəti;

– Ali təhsil haqqında dövlət sənədinin (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin) surəti;

– Əmək kitabçasının surəti.