Xəbərlər

Milli Kitabxanada Mirzə İbrahimovun 115 illiyinə həsr olunmuş sərgi açılıb

Milli Kitabxanada Xalq yazıçısı Mirzə İbrahimovun anadan olmasının 115 illik yubileyi münasibətilə virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

“Füyuzat” xəbər verir ki, bu barədə kitabxanadan məlumat verilib.

bildirilib ki, sərgidə görkəmli ədibin müəllifi olduğu əsərlər, romanlar, tərcümələr, eləcə də onun həyat və yaradıcılıq yolundan bəhs edən Azərbaycan və xarici dillərdə kitablar nümayiş etdirilir.

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilər.