Xəbərlər

MİMTA Fondu tərəfindən şəhid ailələrinə bayram ziyarəti edilib

Qarşıdan gələn Ramazan bayramı münasibətilə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən şəhid ailələrinə ziyarət əsnasında bayram sovqatı təqdim edilib.

Fuyuzat.az saytı xəbər verir ki, hər zaman qazi və şəhid ailələrini diqqət mərkəzində saxlayan fond onları ziyarət edərək bayram sovqatı ilə təmin edib.

Bu barədə fondun rəhbəri Pərviz Əmirov sayta açıqlamasında bildirib:

“Belə bir fəaliyəti yerinə yetirməklə ölkəmizdə şəhid və qazi ailələrinə göstərilməkdə olan qayğıya biz də dəstək olmaq istədik. Fondun ənənəsi halına gələn bu yardımlaşma kampaniyaları çərçivəsində canlarını fəda edən vətən övladlarının və onların ailələrinin qarşısında üzərimizə düşən mənəvi borcumuzu bir az da olsa, yerinə yetirməyə çalışırıq. Onlar vətənimiz, millətimiz üçün böyük bir dəyərdirlər”.

Qeyd edək ki, MİMTA Fondu bir neçə ildir ki, ənənə halını almış bu yardımlaşma kampaniyasını bu il də davam etdirir.