Xəbərlər

Mirzoyan: Aİİ çərçivəsində əməkdaşlıq inkişaf etdirilir

“Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində ticarət-iqtisadi əməkdaşlığın inkişafı vacibdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla görüşündə deyib.

“Ermənistan və Rusiya Federasiyası arasında münasibətlər çoxtərəfli və beynəlxalq birliklər platformalarında qarşılıqlı əlaqələri əhatə edir. Bu kontekstdə Aİİ çərçivəsində ticarət-iqtisadi əməkdaşlığı, eləcə də Aİİ ilə İran arasında sazişi qeyd etməyə bilmərəm”, – Mirzoyan bildirib.