Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi mətbuat konfransında Azərbaycanla sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Biz Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması və dövlətlərarası münasibətlərin qurulması məsələsində Ermənistanın ardıcıl mövqeyindən danışdıq. Biz ümid etdik ki, bu sazişin imzalanması yaxın gələcəkdə baş tuta bilər”, – o əlavə edib.