“Ermənistan Azərbaycanla sülh sazişi bağlamaq, regional kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası prosesinə sadiqdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
“Biz Azərbaycanla münasibətlərin normallaşdırılması prosesini yekunlaşdırmağa çalışırıq. Sülh gündəliyinə sadiqik, bu yanaşma həm sülh müqaviləsinin imzalanmasına, həm də nəqliyyat kommunikasiyalarının açılmasına, sərhədlərin delimitasiyasına və demarkasiyasına aiddir”, – Mirzoyan əlavə edib.