“Ermənistan Azərbaycanla sadələşdirilmiş tranzit prosedurlarının tətbiqini müzakirə etməyə hazırdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
“Fərqindəyik ki, kommunikasiyaların bloklanması reallığında sadələşdirilmiş prosedurlara ehtiyac var. Bu həm bizə, həm də qarşı tərəfə faydalı olacaq”, – Mirzoyan əlavə edib.