“Ermənistan Rusiya ilə səmərəli siyasi dialoqun davam etdirilməsində maraqlıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri
Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.
“Ermənistan ikitərəfli münasibətlərə və bütövlükdə regional vəziyyətə təsir edən məsələlərin müzakirəsinə yönəlmiş səmərəli siyasi dialoqun davam etdirilməsində maraqlıdır. Ermənistan həmişə açıq və konstruktiv dialoq prinsiplərinə sadiq qalıb və ümid edirik ki, Rusiya bundan sonra da bütün bunları nəzərə alacaq”, – Mirzoyan əlavə edib.