Xəbərlər

Mirzoyan: İrəvan Rusiya ilə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığı hədəfləyir

“Ermənistan Rusiya ilə bütün sahələrdə uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığa yönəlib”.

“Füyuzat”ın məlumatına görə, bunu İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovla geniş tərkibdə görüşündə deyib.

Qeyd edək ki, Ermənistan XİN-də keçirilən təkbətək görüş başa çatıb və Ermənistan-Rusiya geniş formatında danışıqlar başlayıb.

Verilən məlumata görə, Xarici İşlər nazirlikləri arasında yeni iki illik məsləhətləşmələr planı razılaşdırılıb və bu gün imzalanacaq. Humanitar əməkdaşlığın inkişafında müsbət dinamika əldə edilib.