“Fələstin problemi həll olunmayana qədər Yaxın Şərq regionunda sabitlik olmayacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Misirin xarici işlər naziri Bədr Əbdül Ati bildirib.
Verilən məlumata görə, nazir mayın 17-də İraqın paytaxtı Bağdadda keçiriləcək Ərəb Dövlətləri Liqasının (LAS) 34-cü sammitinə hazırlıq məqsədilə təşkil olunan Misir, İraq və İordaniya xarici işlər nazirlərinin iclasında iştirak edib. İclasda tərəflər arasındakı münasibətlər və ümumi regional məsələlər müzakirə edilib.