“MDB ölkələri Avrasiya İqtisadi İttifaqı (Aİİ) məkanında yaradılmış vahid gömrük tranzit sisteminə qoşula bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclasında deyib.
“Aİİ-nin xarici iqtisadi əlaqələrini gücləndirmək üçün vahid gömrük tranzit sistemi haqqında saziş qəbul edilib. Bu bütün ölkələr üçün açıqdır, həmçinin ittifaq ərazisindən daşımalara qoşulmağa, biznes xərclərini azaltmağa və transsərhəd daşımaların təhlükəsizlik səviyyəsini artırmağa imkan verir”, – Mişustin bildirib.