Xəbərlər

MİT 15 terrorçunu zərərsizləşdirib

MİT-in İraqın şimalındakı Hakurk bölgəsində, son bir həftə ərzində həyata keçirdiyi əməliyyatlarda 15 terrorçu zərərsizləşdirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadən “TRT Haber” paylaşım edib.

Məlumata əsasən MİT Türkiyə Silahlı Qüvvələrinin (TSQ) bölmələri və sərhəd məntəqələrinə qarşı təxribata hazırlaşan terror qruplaşmasını aşkar edib.

Bundan sonra son bir həftə ərzində həyata keçirilən əməliyyatlarda aralarında təşkilatın yüksək çinli üzvləri də olan 15 terrorçu zərərsizləşdirilib.