Xəbərlər

MİT rəhbəri İbrahim Kalın ilə HƏMAS rəhbərliyi arasında telefon danışığı olub

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın dünən axşam HƏMAS Siyasi Bürosunun sədr müavini Halil Hayye ilə telefon danışığı aparıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Verilən məlumata görə, görüşdə ABŞ prezidentinin xüsusi elçisi Steven Vitkoffun rəhbərliyi ilə HƏMAS-a çatdırılan son təkliflər çərçivəsində həyata keçirilən atəşkəs danışıqlarının yekun mərhələsi müzakirə edilib.

Bundan əlavə, görüşdə Türkiyənin Qəzzada baş verən humanitar faciə və dağıntılara son qoyulması və humanitar yardımın təmin edilməsi üçün beynəlxalq ictimaiyyətlə birgə həyata keçirdiyi səylərdən bəhs edilib. Türkiyənin Fələstin xalqının yanında olduğunun vurğulandığı görüşdə əsir mübadiləsi və humanitar yardımların həyata keçirilməsinə təcili icazə verilməsi və daimi atəşkəsə nail olmaq üçün atılacaq addımlar da müzakirə edilib.