“Yunanıstan Amerika silah sistemlərinin əsas alıcısıdır və ABŞ prezidenti Donald Tramp da razılaşır ki, avropalılar müdafiəyə daha çox pul xərcləməlidirlər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis müsahibəsində deyib.
“Tramp seçki prosesində söz verdiyi proqramı böyük sürətlə həyata keçirir. Yunanıstan və ABŞ-ın bir çox ortaq maraqları var. Biz ABŞ-a faydalı ola bilərik. Regionda sabitliyi qorumağa çalışırıq, ümumi daxili məhsulun (ÜDM) 3%-dən çoxunu müdafiəyə sərf edirik. Buna görə də, biz Trampın avropalıların müdafiə üçün daha çox vəsait xərcləməsi lazım olduğu fikri ilə tam razıyıq”, – nazir qeyd edib.