Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının namizədi, parlamentin keçmiş üzvü Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti seçilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, 300 seçicidən ibarət məclisin 224 üzvü Kavelaşviliyə səs verib.
“Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi nəticələrə əsasən, Mixeil Kavelaşvili prezident seçilib”, – MSK sədri Giorgi Kalandarişvili yekun seçki protokolunu imzalayarkən deyib.
Qeyd edək ki, Gürcüstanda ilk dəfə olaraq dövlət başçısı birbaşa səsvermə yolu ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilib.