Xəbərlər

Mixail Kavelaşvili vəzifəsinin icrasına başlayıb

Mixail Kavelaşvili Gürcüstan Prezidenti kimi vəzifəsinin icrasına başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstan parlamentinin saytında bildirilib.

“Parlamentin plenar zalında keçirilən təntənəli mərasimdə Kavelaşvili İncil və Gürcüstan Konstitusiyasına and içib. Təntənəli mərasimdə həmçinin Kavelaşvili ailəsinin üzvləri, parlament üzvləri, Gürcü Pravoslav Kilsəsinin və digər dini konfessiyaların nümayəndələri, Konstitusiya və Ali Məhkəmələrin rəhbərləri, Acarıstan hökumətinin başçısı Tornike Rijvadze, Gürcüstan parlamentinin üzvləri iştirak ediblər”, – məlumatda qeyd edilib.

Verilən məlumata görə, inauqurasiyadan əvvəl Gürcüstanın eks-prezidenti Salome Zurabişvili brifinq keçirib.