Xəbərlər

Moskvada partlayış baş verib, Rusiya generalı həlak olub

Moskvada baş verən partlayış nəticəsində Rusiya Kimyəvi Silahlı Qüvvələrinin general-leytenantı İqor Kirillov və onun köməkçisi həlak olub. Partlayış Moskvadakı Ryazanskiy prospektində baş verib. Ehtimala görə, ümumilikdə iki nəfər ölüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Ria Novosti” təcili yardım xidmətlərinə istinadən bildirib.

“Ryazanskiy prospektində naməlum qurğunun partlaması baş verib. Hadisə nəticəsində iki nəfər öldü”, – agentliyin həmsöhbəti deyib.

Rusiya Federasiyası İstintaq Komitəsinin məlumatına görə, baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb.