Xəbərlər

Mübariz Yunus oxucularla Əli bəy Hüseynzadənin məqalələrindən ibarət “Nicat məhəbbətdədir” kitabını müzakirə edəcək

Xəbər verdiyimiz kimi, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Bakı İdman Sarayında ANAİB I Bakı Kitab Festivalı keçirilir.

“Füyuzat”ın məlumatına görə, festival çərçivəsində MİMTA Yayımları tərəfindən çap edilmiş Əli bəy Hüseynzadənin seçilmiş yazılarının toplandığı “Nicat məhəbbətdədir” kitabının təqdimatı olacaq.

Təqdimat “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus tərəfindən həyata keçiriləcək. Mübariz Yunus kitabla bağlı təəssüratlarını bölüşəcək, eyni zamanda Əli bəy Hüseynzadənin Azərbaycanın ictimai-siyasi fikir tarixində əvəzolunmaz roluna toxunacaq.

Təqdimat 21 dekabr, saat 14:00-da Bakı İdman Sarayında baş tutacaq. Giriş sərbəstdir.