NASA-nın müvəqqəti administratoru və ABŞ-ın nəqliyyat naziri Şon Daffi ABŞ-ın Aya nüvə reaktoru yerləşdirmək niyyətində olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ KİV-i məlumat yayıb.
Nazirin sözlərinə görə, belə bir addım Ayda uzunmüddətli mövcudluğu təmin edəcək.
Daffi bildirib ki, Ayda nüvə enerjisindən istifadə ideyası uzun müddətdir müzakirə edilir. Onun sözlərinə görə, ABŞ Çin də daxil olmaqla bir sıra ölkələrlə “Ay yarışı” ilə məşğuldur və özünün üstünlüyünü təmin etməyə çalışır.
“Qulaq asın, bu yeni ideya deyil. Bu, ABŞ prezidenti Donald Trampın ilk prezidentliyi dövründə, həmçinin keçmiş ABŞ prezidenti Co Baydenin dövründə də müzakirə olunub. Biz Ayda lider olmaq üçün bir yarışdayıq. Bu yarışda rəqibimiz Çindir. Ayda bazaya sahib olmaq üçün bizə enerji lazımdır”, – o deyib.



