Xəbərlər

NASA-dan mühüm addım: Günəş şüalarından istifadə etməklə Ay torpağından oksigen istehsal edilib

NASA alimləri Ay torpağından oksigen istehsal etməyi bacarıblar. Bu, gələcək kosmik missiyalar və xüsusilə də Ayda uzunmüddətli insan məskunlaşması üçün mühüm addımdır.

“Füyuzat” xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Təcrübə Ay səthini təqlid edən laboratoriyada aparılıb. Alimlər torpağı yüksək temperaturda əridərək içindəki oksigeni ayırıblar. Bu proses xüsusi qurğular vasitəsilə həyata keçirilib və sınaqlar uğurla nəticələnib.

Bu uğuru NASA-nın tədqiqatçı və alim komandası əldə edib.

Ayda mövcud resurslardan istifadə edilməsi Yer kürəsindən aparılan yüklərin həcmini azaldır. Bu isə kosmik missiyaları həm ucuz, həm də davamlı edir. Xüsusilə Ay səthində qurulacaq bazalar üçün oksigen istehsalı həyati əhəmiyyət daşıyır.

NASA-nın bu nailiyyəti kosmos tədqiqatlarında yeni mərhələnin başlanğıcı hesab olunur. Gələcəkdə Mars və digər planetlərdə oxşar texnologiyaların tətbiqi ilə kosmik missiyaların daha əlçatan və səmərəli ola biləcəyi gözlənilir.