Xəbərlər

NATO-nun 9 ölkəsi Balkanlarda təlimlər keçirəcək

NATO ölkələri yanvarın 13-dən fevralın 26-dək alyansın şərq cinahında qüvvələr yerləşdirmək üçün “Steadfast Dart 2025” (STDT25) təlimi keçirəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Təlimlərdə 10 minə yaxın insan iştirak edəcək. Manevrlərin məqsədi iştirakçı dövlətlər arasında qarşılıqlı fəaliyyətin yoxlanılması, eləcə də qoşunların yerləşdirilməsini təcrübədən keçirməkdir.

İştirakçı ölkələrin siyahısına Bolqarıstan, Fransa, Yunanıstan, İtaliya, Rumıniya, İspaniya, Sloveniya, Türkiyə və Böyük Britaniya daxildir.

Qeyd edilib ki, təlimlərə ən çox əsgər və arsenalı Böyük Britaniya göndərəcək.

Təlimlər xüsusi təyinatlıların iştirakı ilə Rumıniya, Bolqarıstan və Yunanıstanda keçiriləcək.