Xəbərlər

Naxçıvanda keçirilən “BOOKFEST” kitab sərgisi başa çatıb

9–11 may tarixlərində Naxçıvan şəhərində, “Saat Meydanı”nda “BookFest Naxçıvan Kitab Sərgisi 2025” keçirilib.

“Füyuzat”ın məlumatına görə, tədbirdə sevilən və tanınmış yazıçıların iştirakı, oxucularla görüşlər və imza günləri, zəngin çeşiddə kitab satışı, tanınmış yazarların iştirakı ilə panel müzakirələr təşkil edilib.

Festival Naxçıvan Şəhər İcra Hakimiyyəti və ANAİB-in birgə təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilib.

Qeyd edək ki, MİMTA Yayımları da sərgidə iştirak edərək endirimli kitablarla oxucuların görüşünə gəlib. Eyni zamanda, MİMTA Yayımlarının yazarlarından olan İradə Qədirovanın “Eşqin izi ilə” və “Dünya Vətəndən başlayır”, Rəşad İbrahimovun “Ruhlandıran Layihələr” kitabının imza saatları təşkil olunub.