Xəbərlər

NBC News: Trampın ətrafı ona hələ Putinə zəng etməməyi məsləhət görür

Bu günə kimi ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında heç bir telefon danışığı planlaşdırılmayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NBC News” Tramp administrasiyasındakı mənbələrə istinadən məlumat verib.

Məlumata görə, Trampın yaxın ətrafı ona tam atəşkəsə razılaşana qədər Putinə zəng etməməyi tövsiyə edib.

Eyni zamanda Ağ Ev xəbərdarlıq edib ki, Tramp qəfildən Putinlə danışmaq istədiyinə qərar verə bilər.

Lakin bildirilib ki, Putin Ağ Evə Rusiya-Ukrayna müharibəsində tam atəşkəslə razılaşdığını bildirməsə, telefon danışığı mümkün görünmür.