İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrail Katz birgə bəyanat yayaraq, İsrail ordusunun Dəməşqdə Suriya Prezident Sarayının yaxınlığındakı hədəfə hücum etdiyini elan ediblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
“Bu, Suriya rejiminə açıq siqnaldır. Biz Dəməşqin cənubuna qoşun göndərilməsinə və ya druz icması üçün hər hansı təhlükə yaradılmasına icazə verməyəcəyik”, — nəşr bəyanata istinadən bildirib.