Xəbərlər

Netanyahu: Girovların azad edilməsi üçün danışıqlar aparılır

“İsrail rəsmiləri hazırda Qəzza zolağında saxlanılan girovların azad edilməsi üçün intensiv danışıqlar aparır”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu qaçırılanların yaxınları ilə söhbətində deyib.

“Baş nazir onları girovların azad edilməsi üçün atılan addımlar və bu günlərdə aparılan intensiv danışıqlar barədə məlumatlandırıb. Netanyahu həm diri, həm də ölü olmaqla bütün girovların qaytarılmasına sadiqliyini bir daha bəyan edib”, – Baş nazirin ofisindən bildirilib.