“İsrail Yəməndə Husilərin arxasında İranın dayandığına inanır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Husilərin Ben Qurion Beynəlxalq Hava Limanını atəşə tutmasını şərh edərkən deyib.
“Ticarət yollarına gəlincə, İsrail də daxil olmaqla bütün dünya Husilər tərəfindən təhdid edilir. Bu gün onlar Ben Qurion hava limanı yaxınlığında hücum həyata keçiriblər. Biz buna dözməyəcəyik və çox güclü cavab tədbirləri görəcəyik. Biz onların himayədarı olan İranın göstərişləri və dəstəyi ilə hərəkət etdiklərini həmişə xatırlayacağıq. Təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi edəcəyik”, – Netanyahu əlavə edib.