Xəbərlər

Netanyahu: İsrail qəsdən Qəzzada günahsız insanları hədəfə alıb

“İsrail qüvvələri Qəzza zolağında səhvən bir qrup günahsız insanı hədəfə alıb”.

“Füyuzat”ın məlumatına görə, bunu İsrailin baş naziri Binyamin Netanyahu söyləyib.

“Təəssüf ki, ötən gün bizim qüvvələrimizin qəsdən Qəzza zolağında günahsız insanları vurması ilə bağlı faciəli hadisə baş verib”, -Netanyahu bildirib.

Baş nazir gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün hər şeyi edəcəyinə söz verib. Eyni zamanda Netanyahu hansı hadisədən danışdığını dəqiqləşdirməyib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri daha əvvəl “World Central Kitchen” humanitar təşkilatının əməkdaşlarının avtomobilinin Qəzza zolağında vurulmasından sonra həlak olması ilə əlaqədar başsağlığı verib və hadisənin şəraiti ilə bağlı hərtərəfli araşdırma aparacağına söz verib.