“İsrail dövləti Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatın hər üç məqsədini, o cümlədən HƏMAS hərəkatının hərbi və inzibati potensialının məhv edilməsini həyata keçirəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı deyib.
“Mən radikalların əlində olan bütün girovların azad edilməsinin və bütün hərbi məqsədlərimizə nail olmağın, o cümlədən HƏMAS-ın hərbi və idarəetmə imkanlarının məhv edilməsinin və Qəzzanın bir daha İsrail üçün təhlükə yaratmamasını təmin etməyin tərəfdarıyam. Bizim bir yox, üç məqsədimiz var və hər üç məqsədimizə uğurla nail olacağıq”, – o əlavə edib.