İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniya, Kanada və Fransanın Qəzzadakı müharibə ilə bağlı “konkret tədbirlər” görməyə dair tələblərini rədd edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Netanyahu özü bəyanat yayıb.
Netanyahunun bəyənatına görə, İsrail dövləti özünümüdafiədən əl çəkməyəcək və Fələstin anklavında tam qələbəyə nail olacaq.
Qeyd edək ki, mayın 19-da Yelisey Sarayının mətbuat xidməti üç ölkə liderinin – Fransa prezidenti Emmanuel Makronun, Böyük Britaniyanın Baş naziri Keir Starmerin, Kanadanın Baş naziri Mark Karninin birgə bəyənatını yayıb. Onlar İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsinə qarşı sərt çıxış edərək İsrail hökumətinin bəyənatlarını kəskin şəkildə tənqid ediblər.