Xəbərlər

Niger lideri Fransanı ölkədə terrora dəstək verməkdə ittiham edib

Nigerin keçid hökumətinin rəhbəri Abdurahman Tcani Fransanı idarə etdiyi ölkədə fəaliyyət göstərən terror qruplarına dəstək verməkdə ittiham edib və yeni təhlükəsizlik tərəfdaşlıqlarının formalaşdığını açıqlayıb.

”Füyuzat”ın məlumatına görə, bu barədə Abdurahman Tcani ORTN dövlət televiziyasına müsahibəsində danışıb.

“Yanğınla benzin ilə mübarizə apara bilməzsiniz.Terror Fransanın göstərdiyi yardım sayəsində alovlanır”, – deyə Tcani qeyd edib.

Qeyd edək ki, bu ilin iyulun 30-da Nigerdə dövlət çevrilişi baş verib. Çevrilişə rəhbərlik edən Tcani əvvəlcə sentyabr ayına planlaşdırılan milli keçid dialoqunun başlanmasının təxirə salınması qərarını ölkədə iki minə yaxın fransız əsgərinin olması ilə əlaqələndirib. O, verdiyi müsahibədə iqtisadi sanksiyalar vasitəsilə siyasi güzəştlər tələb etməyin terrorizm olduğunu bildirib.