“ABŞ prezidenti Donald Trampın ticarət tərəfdaşlarına qarşı elan etdiyi sərt təzyiq siyasəti beynəlxalq ödənişlərdə dollardan uzaqlaşma tendensiyasına təkan verə bilər”.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiyanın aparıcı iqtisadiyyat qəzeti “Nikkei Asia” yazıb.
Qəzet qeyd edir ki, Çin yuanının beynəlxalq ödənişlərdə rolu artır, həmçinin müxtəlif ölkələrin maliyyə ehtiyatlarında qızılın payı da artır.
Qəzet hesab edir ki, Amerikanın yeni administrasiyası “öncə ABŞ” üslubunda iqtisadi siyasət apararsa, dollardan uzaqlaşma tədricən daha da güclənə bilər.