Xəbərlər

Nyu-Yorkda metroya silahlı hücum olub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-ın Nyu-York ştatının Bronks şəhərində metroya silahlı hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

“Füyuzat”ın məlumatına görə, hadisə ABŞ-ın Bronks şəhərində metroda iki qrup arasında dava düşməsi nəticəsində baş verib.

Belə ki, metro “Mount Eden Ave” stansiyasına yaxınlaşanda bir nəfər silahını çıxararaq atəş açıb, nəticədə 6 nəfər yaralanıb.

Nyu-York Polis Departamentindən Maykl M. Kemper verdiyi açıqlamada 14-71 yaşları arasında olan 6 nəfərin xəstəxanalara aparıldığını, 34 yaşlı bir şəxsin isə xəstəxanada öldüyünü bildirib.

Kember hücumun təsadüfi həyata keçirilmədiyini, iki qrup arasında dava çıxdıqdan sonra başladığını, vurulanların bəzilərinin davada iştirak edən şəxslər olduğunu, bəzilərinin isə dava ilə heç bir əlaqəsinin olmadığını bildirib.