Xəbərlər

OCHA: Qəzzada 90%-dən çox uşaq qida çatışmazlığı ilə üzləşir

“Qəzza zolağında 6 aydan 2 yaşa qədər olan körpələrin 90%-dən çoxunun qidalanma imkanı yoxdur”.

“Füyuzat”ın məlumatına görə, bu barədə BMT-nin işğal olunmuş Fələstin ərazilərindəki Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Verilən məlumata görə, İsrailin davam edən blokadası və keçidlərin bağlanması nəticəsində Qəzza zolağında qida çatışmazlığından müalicə alan uşaqların sayı 2025-ci ilin mart ayı ilə müqayisədə 80% artıb.