May ayında dünya okeanlarının səthinin temperaturu bütün müşahidələr tarixində ikinci ən yüksək həddə çatıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə məlumat Avropa “Kopernik” İqlim Dəyişikliyi Xidmətinin ekspertlərinin araşdrmalarında yer alıb.
Ekspertlər bildirib ki “2025-ci ilin mayında dünyada dəniz səthinin orta temperaturu 20,79 dərəcə təşkil edib ki, bu da 2024-cü ilin mayında qeydə alınan rekord temperaturdan sadəcə 0,14 dərəcə azdır”.
Alimlər dünya okeanının səthinin yüksək temperaturunu onunla izah edirlər ki, okeanlar atmosferə atılan karbon qazının 25-30%-ni və artıq istiliyin təxminən 90%-ni udur.
Klimatoloqların fikrincə, buna görə də dünya okeanı qlobal istiləşmənin əsas hissəsi olaraq qalır. Alimlər bunun dənizlərin ekosistemlərində köklü dəyişikliklərə səbəb ola biləcəyindən ehtiyat edirlər. Həmçinin klimatoloqlar qorxurlar ki, bu proseslər birhüceyrəli yosunların çoxalmasını sürətləndirə və buna görə də dənizlərin digər sakinlərinin oksigenlə təminatını kəskin şəkildə pisləşdirə bilər.