Xəbərlər

Orban: Aİ-də Ukrayna ilə bağlı konsensus yoxdur

“Avropa İttifaqında (Aİ) Ukrayna məsələsində konsensus yoxdur və buna görə də son 6 ayda Aİ Şurasına sədrlik edən Macarıstan münaqişənin həlli üçün bütün ictimaiyyət adından deyil, müstəqil şəkildə hərəkətə keçmək məcburiyyətində qalıb”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban çıxışı zamanı deyib.

“Avropa İttifaqında konsensus, razılaşma yoxdur və bu halda siz bütün Aİ adından hərəkət edə bilməzsiniz. Macarıstan Aİ Şurasına sədrliyi dövründə ikitərəfli diplomatiya çərçivəsində hərəkət edərək, Ukraynadakı münaqişənin həlli üçün əlindən gələni edib. Bununla bağlı o, Rusiya və Ukraynaya Milad bayramı zamanı atəşkəs və əsirlərin mübadiləsi ilə bağlı təklifini xatırladıb. Bu təklif hələ də qüvvədədir”, – Orban əlavə edib.